26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.
Sabahinfo.az xəbər verir ki, DİN-in yaydığı məlumatda deyilir:
"Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.
Profilaktik tədbirlərin daha da artırılması məqsədi ilə hazırlanan bu videoçarxın daha geniş tamaşaçı auditoriyasına çatdırlması üçün göstərdiyiniz dəstəyə görə əvvəlcədən hər kəsə öz təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, videoçarxda baş rolda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova çəkilib.