Azyaşlı övladına qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
"Görüntülər araşdırılıb. Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü E. Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir", - açıqlamada deyilir.