Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
Sabahinfo.az ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ilin III rübündə Fondun investisiya portfelinin 10 milyard 844,9 milyon dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 2 milyard 270,3 milyon ABŞ dolları və ya 26,5% artırıb. Belə ki, cari ilin II rübündə Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8%) qızıl investisiyaları təşkil edib.