Dünyanın ən gənc milyarderi kimdir?

Nüfuzlu "Forbes” nəşri varidatı 1 milyard dollardan çox olan 46 gənc sahibkarın siyahısını dərc edib. "ICTnews" elektron xəbər xidməti "lookatme.ru” saytına istinadən bildirir ki, "Snapchat” messencerinin direktoru Evan Şpiqel reytinqdə birinci pilləni tutub. 24 yaşında onun varidatı 1,5 milyard dollar təşkil edir. Maraqlıdır ki, "Snapchat”ın üçüncü həmtəsisçisi Bobbi Mörfi ikinci pillədə qərarlaşıb. O, 26 yaşında 1,5 milyard dollar qazanıb.

Sahibkarların siyahısında ən böyük varidat "Facebook”un direktoru Mark Zukerberqə məxsusdur. O, 30 yaşında 33,4 milyard sərvətə sahibdir. Zukerberq 2007-ci ildə milyarder olub.