Düşmən düşməndir, düşmənə xidmət edən isə düşməndan daha betərdir

Fəaliyyəti yalnız Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, şər-böhtan atmaqdan ibarət olan Sevinc Osmanıqızı artıq çoxdan sübut edib ki, o, anti-Azərbaycan dairələr və erməni lobbisinin alətidir. “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözlərini səsləndirməklə Sevinc Osmanqızı bütün şəhidlərimizə, Vətən müharibəsi günlərində Ermənistanın Gəncədə, Bərdədə  və Tərtərdə törətdiyi terror aktları zamanı həlak olmuş dinc sakinlərimizə, gecə vaxtı öz evində yatarkən həyatını itirən günahsız körpələrə qarşı təhqirdir. Aldığı qrantlar Sevinc Osmanqızının gözlərini necə qamaşdırıbsa bu şəxs öz atasınının ruhunu  da təhqir etməkdən çəkinmir. Çünki, onun atası Osman Mirzəyev də məhz erməni terrorunun qurbanıdır.

Erməni lobbisinin sifarişi ilə Azərbaycanda qarışıqlıq yaratmağa çalışan Sevinc Osmanqızı və onun kimi xainlər öz çirkin məkrlərinə nail ola bilmək üçün hər cür yaramazlıqlara hazır olduqlarını göstərirlər. Söz azadlığını mənəviyyatsızlıq ilə qarışdıran bu radikalların düşməndən heç bir fərqi ola bilməz. Sevinc Osmanqızı “Kaş ki, Prezidentimiz Nikol Paşinyan olaydı” sözlərini səsləndirməklə bir daha təsdiq edir ki, o, youtube platformasında sadəcə Azərbaycan dilində  verilişlər aparan erməni təəssübkeşidir. Düşmən düşməndir, düşmənə xidmət edən isə düşməndan daha betərdir. Bir halda ki, Sevinc Osmanqızı Nikol Paşinyanın onun prezidenti olmağını istəyir, elə isə Ermənistan pasportu alsın və olsun Ermənistan vətəndaşı!

Ümumiyyətlə, Sevinc Osmanqızı və onun youtube kanalında çıxış edənlərin mütləq əksəriyyəti Azərbaycan dilində danışsalar da erməni kimi düşünür, erməni mövqeyində olduqlarını təsdiqləyirlər. Belə xəyanətkar və satqınlar Azərbaycanın  qüdrətlənməsini, inkişaf etməsini, dünyada artan nüfuzunu həzm edə bilmir və çalışırlar ki, doğma Azərbaycanımızı 90-cı illərin əvvəllərindəki kimi zəif, gücsüz bir ölkəyə çevirsinlər. Bu marginal qrupun üzvləri erməni lobbisinin məişət tullantıları konteynerində oturub xalqımızın milli birliyini və azərbaycançılıq ideologiyasını heç vaxt sarsıda bilməyəcəklər.

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı