Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media mənsublarını təbrik edib.
Təbrikdə deyilir:
Əziz jurnalistlər,
Dəyərli media mənsubları,
Sizi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm!
"Azərbaycan mətbuatı "Əkinçi" qəzetindən başlayaraq 149 il ildir ki, mürəkkəb, çətin və şərəfli yol keçir. Mətbuatımız xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Azərbaycan mətbuatı İkinci Qarabağ savaşında və ondan sonrakı dönəmdə ölkəmizə edilən informasiya hücumlarına qarşı peşəkar fəaliyyət göstərib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Bu gün də milli mətbuatımızın üzərinə ağır və tarixi vəzifə düşür və keçdiyimiz həssas dönəmdə Azərbaycan mətbuatının xüsusi missiyası var.
Dəyərli mətbuat nümayəndələri!
Həmişə olduğu kimi bu ağır və şərəfli missiyanı layiqincə davam etdirəcəyinizə inanıram. Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram".