Əliabbas Salahzadə qəbul keçirdi

 Sabunçu rayonu Balaxanı qəsəbəsində sakinlər ilə görüş keçirilib. Qəsəbə sakinləri ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov da iştirak edib. Görüş zamanı qəsəbə sakinlərini narahat edən problemləri dinlənilib. Çıxış edənlər qəsəbənin problemləri arasında əsas yerləri tutan məşğulluq, işsizlik və bu kimi digər problemləri dilə gətiriblər. Sakinlərin müraciətləri diqqətlə dinlənilib, millət vəkili nəzərə çatdırıb ki, həmin müraciətlər aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq və həlli istiqamətində addımların atılması təmin ediləcək.

Əliabbas Salahzadə
Milli Məclisin deputatı