Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 09.07.2024-cü il tarixində Siyəzən rayonunda Mədəniyyət evində uğurla həyata keçirmişdir. Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.
Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Siyəzən Rayon icra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə, Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov və Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov iştirak etdilər.
Tədbiri layihə rəhbəri Xədicə Mikayılova açaraq “Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi. Daha sonra Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov ölkədə əlillərlə, həssas qruplarla aparılan məşğulluq proqramlarından və görülən işlərdən söz açdı.
Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov belə layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Siyəzən rayonunda keçirdiyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək “ layihəsinin icrasına kömək göstərdiyinə görə Siyəzən Rayon İcra Hakimiyyətinə, Siyəzən Rayon Məşğulluq İdarəsinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək “ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.