Elnur Allahverdiyev "5 mərtəbə"-də seçicilərlə görüşdü

Dairəmizin seçiciləri ilə növbəti səyyar görüşümüz Bakıda hər kəsin "5 mərtəbə" kimi tanıdığı ünvanda baş tutdu. "5 mərtəbə" Bakının tarixi məkanlarından biridir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış bir sırs şəxslər bu binada yaşayıblar.

3 il öncə sosial tərəfdaşlarımızın köməyi ilə bu ünvanda yaşayan gəncləri sağlam həyata, idmana həvəsləndirmək üçün binanın həyətində mini-futbol meydançasının inşasına nail olduq. Bu stadion Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin dəstəyi ilə yanaşı, həm də sakinlərin fəallığının nəticəsidir. Seçkilərdə də hər zaman aktivlik göstərən sakinlərimiz 7 fevralda seçki məntəqələrinə gəlib Qalib Liderimiz İlham Əliyevə səs verəcəklər!

Elnur Allahverdiyev 

Milli Məclisin deputatı