Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyevanın "Maska" şousundakı iştirakından xəbərsiz olub.
Sabahinfo.az bildirir ki, axşam.az-ın məlumatına görə, bu haqda müğənni özü bildirib. O qeyd edib ki, qızının iştirakı onu təəccübləndirib:
"Yarışmanı ilk dəfə Rusiya kanallarının birində ötəri izləmişdim. Doğrusu, bu qədər maraqlı gəlməmişdi. Sonra Gülyanaq Məmmədovanın çıxışını izləyəndə heyran qaldım. Hər dəfə izləyirdim, çox bəyənirdim. Hədsiz maraqlı səhnə personajları, münsif var. Bir sözlə, inanılmaz möhtəşəm layihə. Amma Aynişan, sənin burada iştirakın məni hədsiz həyəcanlandırdı və qürurlandırdı, mənim nəfəsim. Səninlə fəxr edirəm, Aynişan".
A.Haşımovaya qızı Aynişan "Ən çətini isə anamdan gizlətmək idi. Hər an səni axtaran, anamdan" cavabını verib.