Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
R.T,Ərdoğan Ş.Şərifi Pakistanın baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib və seçkilərin nəticələrinin dost və qardaş Pakistan xalqı üçün faydalı olmasını arzulayıb.
Onun sözlərinə görə, Türkiyə dərin tarixə, dostluq və qardaşlığa malik olduğu Pakistanda baş verənləri yaxından izləyir.
R.T.Ərdoğan Türkiyənin Pakistana hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb.