Erməni millətçiliyi və “bizimkilər” - YENİ KİTAB

ONN media "Turan Araşdırma Mərkəzi"nə istinadən xəbər verir ki, Əməkdar elm xadimi, filologiya  üzrə elmlər doktoru Qəzənfər Kazımovun  "Erməni millətçiliyi və "bizimkilər"" adlı kitabı çapdan  çıxıb.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 03 mart 2025-ci il tarixli iclasının 3 №-li protokoluna əsasən "Tu­­ran  Araşd­­ır­­ma Mər­­kə­­zi" tərəfindən "Elm və Təhsil" nəşriyyatında  AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli və Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin redaktorluğu ilə çap edilib.

Kitab "Tu­­ran Araşd­­ır­­ma Mər­­kə­­zi"nin qurucu sədri, ta­­nın­­mış tür­­ko­­loq, fi­­lo­­loq-ta­­rix­­çi, ic­­ti­­mai-si­­ya­­si xa­­dim, pro­­fes­­sor mərhum Əj­­dər Ta­­ğı­­oğ­­lunun Mil­­li Elm­­lər Aka­­de­­mi­­ya­­sı­­nın A.A.Ba­­kı­­xa­­nov adı­­na Ta­­rix İns­­ti­­tu­­tu­­nun El­­mi Şu­­ra­­sı­­nın qə­­ra­­rı ilə işıq üzü görmüş "Qə­­dim Ön Asi­­ya və Ön Qaf­­qaz türk tay­­fa­­la­­rı" elmi əsərilə bağlıdır.

Professor 2006-cı ildə nəşr edilmiş "Qə­­dim Ön Asi­­ya və Ön Qaf­­qaz türk tay­­fa­­la­­rı" elmi əsərinə yüksək qiymət verərək bu əsərin çoxdan yazılmalı olduğunu və əsərin ən azı 300 il­­­lik ya­­şı ol­­­ma­­sınını ön plana çəkməklə "... axır ki tür­­kün bir oğ­­lu ta­­pıl­­dı və 300 il­­lik er­­mə­­ni mi­­fi­­ni vu­­rub da­­ğıt­­dı, pu­­ça çı­­xart­­dı" fikrini irəli sürür. Eyni zamanda daxilimizdəki  bəzi "bizimkilər" deyərək bilərəkdən, qəsdən erməni və rus alimlərinin məqsədli olaraq Türk düşmənçiliyinə çevrilmiş saxta tarixi dəstəkləyən alimləri də qınayaraq onları da "Mil­­­­li ta­­ri­­xi­­miz, mil­­li di­­li­­miz na­­mi­­nə... " xidmətə dəvət edir.

Xatırladaq ki, "Qə­­dim Ön Asi­­ya və Ön Qaf­­qaz türk tay­­fa­­la­­rı" ki­­ta­­bı er­­mə­­ni və muzd­­lu er­­mə­­ni­­pə­­rəst ta­­rix­­çi­­lə­­rin qə­­dim türk tor­­paq­­la­­rı ilə əla­­qə­­dar XVI­­II əs­­rin əv­­vəl­­lə­­rin­­dən bu gü­­nə­­dək "bö­­yük Ar­­me­­ni­­ya" uy­­dur­­ma­­sı­­na da­­ir qon­­dar­­ma id­­di­a­­la­­rı alt-üst edir. Mü­­əl­­lif zən­­gin ta­­ri­­xi fakt­­lar əsa­­sın­­da ge­­niş araş­­dır­­ma apa­­ra­­raq rus­­dil­­li nəşr­­lər­­də coğ­­ra­­fi əra­­zi adı "Ar­­me­­ni­­ya" olan sö­­zün mən­­şə­­yin­­dən da­­nı­­şır.

Əj­­dər Ta­­ğı­­oğ­­lu to­­po­­ni­­min mən­­şə­­yi­­ni Fə­­ra­­tın yu­­xa­­rı axa­­rın­­da yer­­lə­­şən, era­­mız­­dan əv­­vəl III mi­­nil­­lik­­də zən­­gin mə­­də­­niy­­yə­­tə ma­­lik qə­­dim "Şup­­ri­­ya"nın ikin­­ci adı olan "Ar­­me" ilə əla­­qə­­lən­­di­­rir. "Ar­­me" adı­­nın "Ar­­me­­ni­­ya" for­­ma­­sın­­da ya­­zı­­lı­­şı­­na­­dək ta­­ri­­xi əsas­­lar­­la izah­­lar ve­­rir və bu şə­­kil­­də iz­­lə­­yir.

Əj­­dər Ta­­ğı­­oğ­­lu əsər­­də çox ma­­raq­­lı bir mə­­qa­­ma to­­xu­­nur və "Qaf­­qaz Al­­ba­­ni­­ya­­sı" mo­­de­­li­­nin XIX əs­­rin əv­­vəl­­lə­­rin­­də "Türk­­süz Qaf­­qaz" si­­ya­­sə­­ti apa­­ran rus im­­pe­­ri­­ya­­sı­­nın iş­­ğal­­çı-ide­o­­lo­­ji ma­­şı­­nı tə­­rə­­fin­­dən ya­­ra­­dıl­­dı­­ğı­­nı xü­­su­­si qeyd edir. Mü­­əl­­li­­fə gö­­rə, müs­­təm­­lə­­kə­­çi im­­pe­­ri­­ya­­nın "Qaf­­qaz Al­­ba­­ni­­ya­­sı"nı Kü­­rün sol sa­­hi­­li ilə Al­­ban də­­ni­­zi ara­­sın­­da dar, ki­­çik bir əra­­zi­­də yer­­ləş­­dir­­mək­­də məq­­sə­­di özü­­nə eti­­bar­­lı Şərq da­­yaq­­la­­rı ya­­rat­­maq üçün vax­­ti­­lə ba­­ba­­la­­rı Ön Asi­­ya­­nın Qərb əra­­zi­­lə­­ri­­nə gü­­nə­­muzd iş üçün sə­­pə­­lə­­nən "xris­­ti­­an qar­­daş­­la­­rı"na Qaf­­qaz­­da qə­­dim "er­­mə­­ni evi" və "gür­­cü evi" tik­­mək­­dir. Azər­­bay­­can türk­­lə­­ri­­nin qə­­dim ta­­ri­­xi­­nə qar­­şı çev­­ri­­lən bu qan­­lı si­­ya­­sə­­tə ta­­ri­­xi don gey­­dir­­mək üçün so­­vet döv­­rün­­də "dost­­luq və qar­­daş­­lıq" pər­­də­­si al­­tın­­da xris­­ti­­an-bol­­şe­­vik me­­to­­du əsa­­sın­­da plan­­lı şə­­kil­­də yaz­­dı­­rı­­lan ta­­rix ki­­tab­­la­­rın­­da Qaf­­qaz Oğuz Al­­ba­­ni­­ya­­sı­­nın Qərb sər­­həd­­lə­­ri bir­­mə­­na­­lı ola­­raq də­­yiş­­di­­ri­­lib.

Əj­­dər Ta­­ğı­­oğ­­lu bu ki­­tab­­la eh­­ka­­ma çev­­ri­­lən çox­­say­­lı ta­­ri­­xi "fakt­­lar"ı sü­­but­­lar­­la alt-üst edir.

Ta­­ri­­xi sə­­nəd­­lər, xə­­ri­­tə və fo­­to­­lar­­la zən­­gin olan 800 sə­­hi­­fə­­lik mo­­nu­­men­­tal əsə­­rin el­­mi re­­dak­­tor­­la­­rı ta­­rix üz­­rə elm­­lər dok­­tor­­la­­rı To­­fiq Məm­­mə­­dov və Ka­­mal Əli­­yev, rəy­­çi­­lər -  pro­­fes­­sor­­lar Qə­­zən­­fər Ka­­zı­­mov və El­­məd­­din Əli­­bəy­­za­­də­­dir.