Ermənilərin Los-Ancelesdəki konsulluğumuzun yaxınlığında TƏXRİBAT CƏHDİ

Ermənistan hakimiyyətinin, revanşistlərin, erməni lobbisinin və onlara hamilik edən siyasi dairələrin Azərbaycana qarşı birgə təxribatları davam edir.

Sabahinfo.az
bildirir ki, Laçın səhəd buraxılış məntəqəsinin qurulmasından bu yana özlərinə yer tapmayan ermənilər və erməni sevdalılarının təxribatlarına indi də növbətisi əlavə olunub. Belə ki, ABŞ-da gözün üstə qaşın var belə demədiyi erməni lobbisinin üzvləri Los-Ancelesdəki Azərbaycan konsulluğu yaxınlığında etiraz aksiyası keçirməklə ölkəmizə qarşı növbəti təxribatları ilə diqqət mərkəzinə düşüblər.

Qondarma rejimin əski parçasını qaldıran etirazçılar bununla da azərbaycanlıları adekvat cavab tədbiri görməyə sövq edərək, okeanın o tayında vəziyyəti rəsmi Bakı üçün biraz da çətinləşdirməyə can atırlar. Təəssüflər olsun ki, prosesləri kənardan izləyən, erməni lobbisinin qanunsuz əməllərinə, separatizmi təbliğ, təşviq edən aksiyalarına bu saata kimi sözügedən dövlətin aidiyyatı qurumlarından hər hansı bir müdaxilə barədə məlumat yoxdur.

Halbuki bu aksiyanın öncədən planlaşdırıldığı, məqsədinin də məhz Azərbaycanı təxribata çəkib vəziyyəti bir xeyli gərginləşdirmək məqsədi daşıyır. Aksiya şousunda qondarma rejimin əski parçasının bir xeyli olması da azərbaycanlıları qıcıqlandırmaq, təxribat məqsədli olmasından xəbər verir./trend