Ermənipərəst Zemmura bu dəfə butulka atıldı

Fransa prezidentliyinə namizəd, ermənipərəst Erik Zemmura paytaxt Parisdə bu dəfə içərisində su olan butulka atılıb.

Axar.az xəbər verir ki, hadisə Zemmurun parkda sakinlərlə görüşü zamanı baş verib.

Zemmura butulka atan şəxs saxlanılıb.

Qeyd edək ki, bundan öncə prezidentliyə namizədə yumurta atılmışdı.