Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.
Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu).
Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.
Qeyd edək ki, avqustun 4-də erməni Baş naziri bildirib ki, Ermənistan Naxçıvanlaə Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.