Ermənistan və Azərbaycanın öz milli ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyası olmalıdır.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova regionda deyib.
Zaxarova qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb: "Onlar öz əməli fəaliyyətlərində bu prinsipi rəhbər tutmalıdırlar. Bu barədə tərəflər bəyan ediblər".
Onun sözlərinə görə, kommunikasiyaların bloklanması məsələsi Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup vasitəsilə hərtərəfli müzakirə olunur: "Maraqlar balansına əsaslanan bu cür razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, İran və Türkiyəyə fayda verəcək".