"Ermənistan sülh müqaviləsini bağlamağa məcburdur. Çünki hazırda Ermənistanda müharibə və hakimiyyət əleyhinə aksiyalar həyata keçirilir". "Azerforum" xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
O bildirib ki, aksiyalarda bir neçə fikirlər səsləndirilib ki, niyə bizim övladlarımız başqa ölkənin torpaqlarındadır: "Bu kimi məsələlər Ermənistan dövlətinin daxilində xaosa səbəb olur. Ölkə xaricində keçirilən beynəlxalq konfranslarda Ermənistan Azərbaycanı təcavüzçü kimi qələmə vermək istəyirdi. Amma bütün dünya təşkilatları bilir ki, bu belə deyil. Əsl təcavüzkar Ermənistandır. Artıq dünya ölkələri Ermənistanın necə saxtakar bir ölkə olduğunun şahididir. Heç bir ölkə buna görə Azərbaycana təzyiq göstərə bilməz. Azərbaycan öz ərazi büyövlüyünü və təhlükəsizliyini qoruyub saxlamaq məcburiyyətindədir. Həmçinin Ermənistan iqtisadi sahədə də ciddi problemlər yaşayır. Başqa bir ölkənin iqtisadiyyatından asılı vəziyyətdədir. Ona görə Ermənistanın özü sülhə səy göstərməlidir. Kommunikasiyalar açılmalıdır və 2020-ci il 10 noyabr bəyannaməsindəki öhdəlikləri qəbul etməli və yerinə yetirməlidir.
Hesab edirəm ki, Ermənistanın hazırki baş naziri və hakimiyyətdə olan şəxsləri öz ölkəsinin gələcəyini düşünməlidirlər. Ermənistan sülh müqaviləsini imzalamağa tələsməlidir. Erməni tərəfi Vətən müharibəsində Azərbaycanın gücünü gördü. Eyni zamanda Ali Baş Komandanın qətiyyətinin və siyasi iradəsinin də şahidi oldular.
Ermənistan yanlış düşüncələrə qapılmamalıdır. Qisas əməliyyatı zamanı Ermənistan ordusu Azərbaycan ordusu tərəfindən qısa zamanda cavab atəşi ilə susduruldu. Hesab edirəm ki, bu bir daha təkrar olunsa, erməni xalqı hakimiyyəti devirəcək. Ermənistan xalqı müharibə yox, sülh istəməlidir”.