Suriyanın devrilmiş prezidenti Əsəd və onun ailə üzvləri Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib.
Sabahinfo.az xəbər verir ki. bu barədə TASS Kremldəki mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunub ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.