Bәşәr Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn terror qruplaşmaların İdlib deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki yaşayış mәntәqәlәrә tәşkil etdiyi hücum nәticәsindә 8 mülki vәtәndaş hәyatını itirib, 9 mülki vәtәndaş da yaralanıb.
‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Hәsәn әl-Әhmәd bildirib ki, Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr İdlibin cәnubunda yerlәşәn İblin, Meşşun vә Belyun kәndlәrinә hücum tәşkil edib.
Әhmәd hücumlar nәticәsindә İblindә 5, Belyunda 2 vә Meşşunda 1 olmaqla 8 mülki vәtәndaşın öldüyünü, yaralanan 9 mülki vәtәndaşın da әtrafdakı xәstәxanalara yerlәşdirildiyini bildirib.
Xatırladaq kı, 2020-ci ilin 5 mart tarixindә Türkiyә ilә Rusiya arasında Moskvada atәşkәsә dair anlaşma memorandumu imzalanıb.
Rejimә sadiq qüvvәlәr vaxtaşırı atәşkәs rejimini pozur.