Daxili Qoşunların N saylı hərbi hissəsində hərbçinin döyülməsini əks etdirən görüntülər yayılıb.
Respublika Hərbi Prokurorluğundan Sabahinfo.az-a verilən məlumata görə, bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.