Ev yandı, yataq xəstəsi yanğında öldü

Bakıda yanğından sonra evdən kişi meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verib.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. M

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.