FAKTİKİ HAVA açıqlandı: Paytaxtda külək nə zaman səngiyəcək?

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da  küləyin zəifləyəcəyi gözlənilir.

Sabahinfo.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti Bakıda 26  m/san, Çilov adasında 19 m/san, Neft Daşlarında 15 m/san  müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü  2.6  metrdir. 

Gecə və səhər  saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək  isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/san olub.