Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis ediləcək.
Sabahinfo.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.