FHN işçilərinin Həmkarlar İttifaqı Qarabağ Dirçəliş Fondu ilə aksiya keçirəcək-İLK DƏFƏ

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə martın 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı tərəfindən təşkilatın komitə sədrləri və yubiley yaşı tamam olmuş bir qrup fəal qadın üzvlərinin iştirakı ilə onlayn tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

Tədbiri açıq elan edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını bayram münasibətilə təbrik edib, 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixindən bəhs edib, ölkəmizdə həyata keçirilən qadın siyasəti haqqında danışıb.

İttifaqın sədri qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında fəaliyyətlərinin yüksək səviyyədə həyata keçirilməsi, öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmaları, onların cəmiyyətdəki rolunun artırılması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Qadınlarımız yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında və özəl sektorda fəaliyyət göstərir, məsul vəzifələrə irəli çəkilirlər. Onlar səmərəli fəaliyyətləri ilə gənc nəslin yüksək səviyyəli, fəal mövqeli, xalqına, dövlətinə sadiq vətəndaşlar kimi yetişməsində misilsiz rol oynayır, insanların sağlamlıqlarının qorunmasına, mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətindən söz açan Mehman İsmayılov onun təşəbbüsü və təşkilatçılığı ilə ölkə daxilində, eyni zamanda, xaricdə, xalqımızın və ölkəmizin maraqları naminə həyata keçirilən genişmiqyaslı işlərin əhəmiyyətindən danışıb.

Mehman İsmayılov bildirib ki, işğaldan azad olunmuş ərazilərin müəyyən hissəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə FHN işçilərinin həmkarlar ittifaqının maliyyə vəsaiti hesabına 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş şəhidlərin analarının və nazirliyin qadın əməkdaşlarının sayına uyğun miqdarda Qarabağ Dirçəliş Fondu vasitəsilə ağacəkmə aksiyasını həyata keçirmək təklifi həmin fondla razılaşdırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin qadın sədrlərinə və ittifaqın üzvü olan bir qrup yubilyar qadına qiymətli hədiyyələr təqdim edilib.