Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: "Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.
İ. Şahbzaov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: "Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, oraya heç kimi yaxınlaşmağa qoymayıblar”.
MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.
Qərar 32 saylı Suraxanı üçüncü seçki dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.