"Əgər situasiya pisləşməyə doğru gedərsə, xüsusi karantin rejimi regional və ya ölkəmiqyasında sərtləşdirilə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, insanlar karantin rejiminin tələblərinəriayət etməlidirlər:
"Gigiyena məsələsi əsasdır. Maska taxılmalıdır. Təəssüf ki, bu gün qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakıartımda da görə bilərik”.