"Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə” qərara dəyişiklik edilib.
Bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Qərar məhkumlara psixoloji yardımın göstərilməsi ilə bağlıdır.
Sənədin 11.9-cu bəndinə edilən dəyişiklikdə bildirilir ki, müvafiq psixoloji yardım Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri”nə uyğun olaraq həyata keçirilir.