Türkiyə Suriyanın şimalında terror dövlətinin yaranmasına imkan vermədi.
"Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.
Türkiyə lideri İzmirdə çıxış edərkən YPG və PKK-nı nəzərdə tutaraq, Türkiyə iləsərhəddə dövlət qurmaq istəyən qüvvələrin məğlubiyyətə düçar olduqlarını elan edib.
Çıxışının davamında Ərdoğan sərhəd ərazilərdə terrorçuların silah anbarlarının aşkarlandığını, ərazidə tapılan silahların ordu tərəfindən yığıldığını bildirib.