“EuroHome”da yanğın tam məhdudlaşdırılıb - Nazir müavini

EuroHome"da baş verən yanğın tam məhdudlaşdırılıb”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, yanğının söndürülməsinə 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə, 3 helikopter, və 1 təyyarə cəlb olunub: "Yanğının ərazisi 21 min kvadratmetrdir. Hazırda yanğının səbəbləri araşdırılır. Daha ətraflı məlumatlar veriləcək".(azvision.az)