Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, fevralın 11-dən 13-dək "Kəşfiyyat manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarınınəhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər keçirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.
Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu olan sığınacağa baxış keçiriblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.