8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər. "Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə qələbə qazanıb. Nəticədə "Xilasedici” komandası turnir cədvəlində vahid liderliyini qoruyub. Komandamızın 4 görüşdən sonra 9 xalı var.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevral ayının 12-də keçiriləcək. FHN-nin "Xilasedici" komandasının növbəti oyunu FHN-nin İdman-sağlamlıq Mərkəzinin idman arenasında "Murov” komandası ilə baş tutacaq.