Heydər Əliyev Fondu avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.
BunuOxu.Az-a açıqlamasında O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
Onun sözlərinə görə, hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək:
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn həkimlər həyat yoldaşımımüayinə ediblər. Onun müalicəsi Türkiyədə xəstəxanaların birində davam etdiriləcək”.
F.Gülalıyeva bildirib ki, O.Gülalıyevin Türkiyə aparılması ilə bağlı hazırlıq işləri görülür.