İranda Ukraynaya məxsus təyyarənin vurulmasında məsuliyyət daşıyanşəxslər həbs olunub.
Bu barədə "Reuters” İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmailiyə istinadla xəbər verib.
Həbs olunan İran hərbçilərinin sayı, həmçinin, hadisə ilə bağlı digər təfərrüat bəlli deyil.
Xatırladaq ki, MAU aviaşirkətinə məxsus "Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçilər