Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Oxu.Azxəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
İttihama görə, N.Şahmarzadə "Facebook” profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.