Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, son həftə ərzində DSX Sərhəd Qoşunlarının əməkdaşlarının sayıqlığı nəticəsində 17 kq 290 qram narkotik vasitənin və 195 ədəd metadon m40 həbinin, bir ədəd 9 mm-lik "Maqnum” tapançasının, bir ədəd tapançaya məxsus daraq və 28 ədəd patronun dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Belə ki, 15 apreldə "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki şəxsin İrandan Azərbaycan istiqamətinə doğru hərəkətini aşkar edən sərhəd naryadı "Dayan” əmrini verib.
Eyni zamanda, 19 apreldə "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Sərhəd pozucusu geriyə qaçıb, hadisə yerindən ümumi çəkisi 12 kiloqram30 qram olan narkotik maddə (11 kiloqram355 qram marixuana, 620 qram heroin, 55 qram metafetamin-kristal), bir ədəd 9 mm-lik "Maqnum” tapançası, bir ədəd tapançaya məxsus daraq və 28 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.