PKK-dan Ərdoğana qarşı yeni plan: Ermənilər də daxil edildi

PKK terror təşkilatı Suriyada Türkiyəyə qarşı fəaliyyətini gücləndirmək üçün yeni planın icrasına başlayıb.

Bununla bağlı"Yeni Şafak”nəşri məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri və Suriya milli ordusu xristianları qətlə yetirir” təxribatının izində olan PKK terrorçuları Hasekenin Tel Temr qəsəbəsində süryaniləri döyüşlərin davam etdiyi bölgələrə köçürüb. Terrorçular xristian qrupların döyüş bölgələrinə köçürülməsinin davam edəcəyini bildiriblər.

Bundan başqa, ötən aprel ayında Tel Temrdə qurulan "Nubar Ozanyan” adı verilən erməni "tabor”u da bu planda yer alıb. 1915-ci ildə Suriya və Liviyaya köçürülən ermənilərin nəvələrindən qurulmuş "tabor” da döyüş xəttinə yerləşdirilib.

Məlumata görə, erməni "tabor”unun bir hissəsi Rasulayna aparılsa da, ABŞ-ın təkidi ilə Tel Temrə qədər geri çəkilib.(oxu.az)