2019-cu ildə əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət edilib.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.
"Daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb. Keçən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb. 3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb”.