Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə şam etdiyi restorandan çıxan zaman etirazçılar tərəfindən fitə basılıb.
Axar.azxəbər verir ki, Zurabişvilinin etiraz aksiyasının keçirildiyi ərazinin yaxınlığında şam etdiyini etirazçılar Feysbuk sosial şəbəkəsi vasitəsilə öyrəniblər. Bundan sonra restoran yaxınlığına toplanan etirazçılar buraya daxil olmağa çalışsalar da, prezident mühafizəsi onlara imkan verməyib. Tezliklə hadisə yerinə əlavə polis dəstələri çağırılıb. Yaradılan xüsusi dəhliz sayəsində Zurabişvili restorandan çıxaraq avtomobilinə əyləşib.
Etirazçılar Zurabişvilini "yararsız prezident" adlandıraraq, hökumətin artıq heç bir üzvünə heç yerdə rahatlıq verilməyəcəyini vurğulayıblar.