21 baş heyvan oğurlandı

Samux rayonunda fermadan oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə Əlibayramlı kəndi ərazisindəki fermaların birindən 21 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.