Milli Məclisin deputatı Cavid Osmanovun SABAHİNFO.AZ saytına müsahibəsi
-Cavid müəllim Şanlı Qələbə hissi ilə yaşayırıq. Qalib xalqın millət vəkili kimi əldə olunan Zəfər barəsində sizin fikirləriniz maraqlıdır.
-Əlbətdə qalib xalqın vətəndaşı
kimi hər birimiz qürur hissi keçiririk. 30 ildən artıqdır ki, biz bu qələbəni
gözləyirdik. Biz bu qələbəni istəyirdik. Bu istəyimizin reallaşması yönündə
davamlı addımlar atırdıq. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən iqtisadi, ordu quruculuğu, diplomatik siyasət bu qələbəni şərtləndirdi.
Cənab prezident istər beynəlxalq tribunalarda istər xarici ölkələrə səfərlərində
Ermənistanın işğalçı ölkə olduğunu dünyaya bəyan edirdi. O hər çıxışında bu məsələyə
toxunur, düşmənin vandal siyasəti haqqında geniş ictimayyətə məlumat verirdi. Eyni
zamanda bu müddət ərzində Azərbaycan bir çox beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edib. İstər ATƏT, istər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatı ilə qurulan xoş
münasibət Azərbaycanın haqq işində beynəlxalq dəstəyin qazanmasına şərait
yaratdı. Bilirsiniz ki, Azərbaycan ötən ildən Qoşulmama Hərəkatına sədrlik
edir. Ölkəmizin bu təşkilata sədrliyi BMT-də Vətən Müharibəsi ilə bağlı Azərbaycan
əleyhinə qətnamənin qəbul olunmamasına səbəb oldu. Bütün bunlarla yanaşı
müharibə dövründə cənab Prezidentin 26 beynəlxalq KİV-ə verdiyi müsahibələr
informasiya siyasətinin düzgün qurulmasından xəbər verirdi ki, müharibə dövründə
bu ən önəmli silahlardandır. Baxmayaraq ki, həmin müsahibələrdə qərəzli suallar
var idi, ancaq cənab Prezident bu suallara tutarlı cavab verməyi ilə bir daha
öz liderlik bacarığını ortaya qoymuş oldu. Qələbəmizi şərtləndirən ən önəmli
amillərdən birincisi ordu quruculuğudur ki, Azərbaycan hökuməti bu istiqamətdə
kifayyət qədər müsbət addımlar atıb. İstər ordumuzun maddi texniki bazasının
yaxşılaşdırılması, istər müasir döyüş silahlarının alınması və onlardan istifadə
qaydalarının öyrənilməsi və ən əsası orduda ruh yüksəkliyinin olması qələbəmizi
təmin etdi. Artıq bir sıra öndə gedən dövlətlərin ordu rəhbərliyi Azərbaycan
Ordusunun bacarığını öyrənməyə başlayıblar. Mən qələbənin ideoloji bazasına
xalq-iqtidar birliyinə də toxunmaq istəyirəm. Bu bazanın olması, milli maraqlar
məsəlləsində hər kəsin vahid mövqedən çıxış etməsi, yumruq kimi birləşməyimiz,
Azərbaycan xalqının cənab Prezident İlham Əliyevə olan yüksək güvəncindən irəli
gəlir. Biz birlikdə güclüyük devizi sözün əsl mənasında yumruq kimi birləşib
düşməni öz dədə baba torpaqlarımızdan qovmağa əsas verdi.
-Qələbə paradına çox yüksək səviyyədə hazırlıq işləri
görülür. Bu paradı xalqımız uzun illərdir gözləyirdi. Bu təkcə son 30 ilin qələbə
paradı deyil. Tarixə nəzər salanda məlum olur ki, son əsrlərdir ki, və xüsusən
Nadir şahın, şah İsmayılın qurduqları imperiyaların süqutundan sonra Azərbaycan torpaqları hissə-hissə
işğal olunub və biz bu torpaqları işğaldan azad edə bilməmişik. Ona görə də bu
son 30 ilin deyil son əsrlərin qələbə paradıdır. Ölkə başçımız, Ali Baş Komandanımız,
Ordumuz igid əsgərlərimiz tarix yazdılar. Bu tarix də 10 dekabrda keçiriləcək qələbə
paradında öz əksini tapacaq. Fəxr edəcəyimiz, qürur hissi keçirəcəyimiz bir
paraddır. Bu təkcə qələbə paradı deyil. Bu parad həmdə xalqı özünü dərki,
sınmış qürurunun özünə qaytarılması deməkdir. Bu gün Azərbaycan dövləti, xalqı
qalib xalqdır. Bu gün cənab Prezident qalib prezidentdir. Biz onunla fəxr
edirik, qürur duyuruq.
- Cənab Prezidentin təşəbbüsü ilə BMT TŞ-nın xüsusi
iclası keçirildi. Bu xüsusi iclas COVID-19 pandemiyasına qarşı dünya ölkələrinin
birgə çıxış etməsi, sülh mesajı kimi qiymətləndirilir. Məlumat üçün deyim ki, belə
xüsusi iclasın çağırılması çox nadir hallarda baş verir. BMT-yə üzv dövlət
liderlərinin cənab Prezidentin təşəbbüsünü yüksək qiymətləndirərək ona dəstək
olması Azərbaycan Prezidentinə yüksək hörmətin təzahürüdür. Qoşulmama Hərəkatının
sədri kimi iclasda çıxış edən cənab prezident İlham Əliyev Azərbaycanın sülhsevər
ölkə olduğunu qeyd etdi. Erməni vandalları törətdiyi terrordan danışdı. Məlumatınız
var ki, xüsusi iclasla bağlı sülh təşəbbüsünə qarşı çıxan yeganə ölkə Ermənistan
oldu. Sülh təşəbbüsü olduğu halda Ermənistan özünün məkrli siyasətini bir daha
göstərdi. Onların bu məkrlərinə isə Müzəffər Azərbaycan Ordusu lazımi cavab
verdi. 44 gün ərzində düşmən nəinki işğal etdiyi ərazini dövlətini,
iqtisadiyyatını itirdi. İnanmıram ki, Ermənistan bir daha səhvə yol verə.
Onları dalandan çıxması üçün Azərbaycana yalvarmalıdırlar.
-COVİD-19 pandemiyasının artım tempi bütün dünya üzrə yüksələn xətt üzrə gedir. Bu istiqamətdə seçicilərinizə hər hansı çağırışınız olubmu?
-COVİD-19 dünyanın düzənini dəyişib. Azərbaycanda
bu istiqamətdə intensiv işlər həyata keçirilir. Bildiyiniz kimi bu yöndə Fond
yaradıldı. Fonda kifayyət qədər vəsait toplanıldı. Pandemiyanın birinci
dalğasında Azərbaycan bir daha dünyaya nümunə göstərdi. "Biz birlikdə güclüyük!”
devizi bizi bu bəladan minimum itkilərlə cıxmamıza səbəb oldu. İndi artıq pandemiyanın ikinci dalğası
müşahidə olunmaqdadır. Bir sıra dövlətlərdə yoluxma və ölüm halları kəskin surətdə
artır. Təəssüflər olsun ki, bizdə də həm yoluxma həm də ölüm hallarından artım
var. Ancaq düşünürəm ki, yaxın günlərdə bu tendensiyada geriləmə olacaq. Mən təkcə
öz seçicilərimə deyil bütün vıtəndaşlara səslənirəm ki, bu yöndə elan olunan
qaydalara əməl edin. 3 sadə prinsipi əsas götürərək işlərinizi bu çərçivədə həll
edin. Bu artıq zamanın təlləbidir.
Ədil Ədilzadə