Təcavüzkar
Ermənistanın çoxsaylı yalvarışlı müraciətindən sonra Moskvada humanitar
atəşkəslə bağlı əldə olunan razılaşmaya əməl etməyərək daha dəhşətli hərbi
cinayətlər törədən ermənilər dünyaya özlərinin faşizm, terrorçu xislətini
nümayiş etdirməklə yanaşı, imzaladıqları sənədi ayaqlar altına ataraq
beynəlxalq məsuliyyətsizliklərini növbəti dəfə nümayiş etdirmiş oldular. Bunu
"Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib. Millət vəkili
bildirib ki, bununla da təcavüzkar Ermənistan bölgədə real sülhün,
sabitliyin bərqərar olmasında yox, əksinə öz terrorçu və faşist
mahiyyətini ortaya qoyaraq daha dəhşətli insanlığa sığmayan qanlı terror
aktları, hərbi cinayətlər törətməklə regionda hərbi
münaqişənin arealını genişləndirməyə cəhd edərək, beynəlxalq
təhlükəsizliyə ciddi təhdidlər yaratmağa cəhd edir: "Hətta humanitar atəşkəs
qaydalarına əməl etməyən terrorçu Ermənistan beynəlxalq
məsuliyyətsiz əməllərini davam etdirərək bölgədə çirkin, fitnəkar
niyyətlərini reallaşdırmaq üçün ən müxtəlif təxribatlara əl
atır. Ona görə də ən qanlı terror aktlarını, vandalizm əməllərini
törətməkdən belə çəkimirlər və bunu dünyanın gözü
qarşısında nümayişkəranə formada həyata keçirirlər. Terrorçu
ermənilərin bu faşist xislətlərinə bütün dünya şahidlik edir. Lakin
terrorçular faşist əməlləri ilə özlərini daha çıxılmaz duruma
salaraq, özləri özlərinin qurduqları oyunun qurbanına çevirirlər. Çünki
terrorçuların son qanlı terror aktlarından sonra hətta onları
müdafiə edən ölkələr, güclər belə müdafiə etməkdə çətinlik çəkirlər
və mövqelərindən geri çəkilmək zorunda qalırlar”.
Millət
vəkili əlavə edib ki, nə qədər gec deyil dünya birliyi və terrorçu Ermənistanın
havadarları onları tutduqları terrorçu, faşist və
işğalçılıq yolundan döndərsinlər. "Əks təqdirdə Azərbaycan
təcavüzkarın istənilən təxribatına və həmləsinə layiqincə cavab
verəcək. Onsuz zaman da, terrorçuların azğınlaşaraq həyata
keçirdikləri əməllər Azərbaycanın xeyrinə işləyir. Moskva
danışıqlarının nəticələri də bunun bariz nümunəsidir. Belə ki, həm
danışıqlarda nəzərdə tutulan müddəalar baxımından, həm də atəşkəsə əməl etməyən
tərəfin biz yox, terrorçu ölkə olması baxımından bizim maraqlarımıza
cavab verir. Əldə olunan razılaşmaya sayğısızlıq etməklə etimadını
tamamilə itirərək etibarsız bir tərəfdaş olduğunu ortaya qoydu. Bu da
Azərbaycana öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin etmək
üçün əməliyyatlarını maneəsiz davam etdirməyə şans vermiş oldu. Onsuz da Ali
Baş Komandanın bəyan etdiyi kimi mövcud status-kvo dəyişib və bu mövcud deyil.
Heç təmas xətti də yoxdur. Azərbaycan öz gücünə arxalanaraq bunu
edib. Həyata keçirilən əməliyyatlar nəticəsində nəinki yaşayış məntəqləri
işğaldan azad olunub, həmçinin hərbi cəhətdən strateji
yüksəkliklər qəhrəman ordumuz tərəfindən fəth olunub. Belə strateji
yüksəkilərin fəth olunması yeni ərazilərin daha asan işğaldan azad olunmasına
imkan yaradır. Artıq azğın düşmən qəhrəman ordumuzun qarşısında tab
gətirməyərək texnika və silahlarını ataraq qaçıb canlarını qurtarmağa çalışır.
Azğın düşmən panika içərisindədir. Nə etdiyini özü bilmir. Azğın
düşmən təkcə savaş meydanında deyil, həmçinin diplomatiya və informasiya
meydanında da uğursuzluğa düçar olmaqdadır. Dünya birliyi terrorçu
ermənilərin yalanlarına inanmır. Ali Baş Komandan savaş, diplomatiya meydanında
olduğu kimi informasiya müharibəsində də azğın düşmənin yalanlarını,
iftiralarını dünyanın aparıcı media qurumlarına
verdiyi səviyyəli açqılamaları ilə darmadağın edir. Odur ki,
Azərbaycan haqq yolundadır və kimsə bizi bu yoldan döndərə
bilməz. Cənab Prezidentin dediyi kimi biz işğal altında torpaqlarımızı
istər sülhü yolu olsun, istərsə də hərb yolu olsun azad edəcəyik və kimsənin
buna şübhəsi olmasın. Tezliklə Qarabağda sülh bərqərar olacaq və normal həyat
bərpa olunacaq”.
Millət
vəkili onu da əlavə edib ki, Azərbaycanın bu haqq davasında ilk andan
Türkiyə olub. "Türkiyə münaqişənin sülh yolu ilə həllində fəal rol
oynayıb. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz
artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti
böyüyür. Söz sahibi olan Türkiyə ilə dünya güclü dövlətləri hesablaşmaq
məcburiyyətindədir. Çünki Türkiyənin iştirakı olmadan bölgədə
dayanıqlı sülhü və sabitliyi təmin etmək mümkün deyil. O
baxımdan Türkiyə problemin sülh yolu ilə həlli istiqamətində
aparılan danışıqlar prosesində birbaşa iştirak etməlidir”- deputat qeyd edib.
Millət
vəkili eyni zamanda Türkiyə mediasının erməni yalanlarının ifşa olunması və
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında
müstəsna rol oynadığını bildirib: "Uzun illərdir ki, Azərbaycan xaricdəki
erməni diasporunun apardığı qara piar təbliğatı ilə üz-üzədir. Məqsəd
Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Hətta mənfur
düşmən 27 sentyabrdan sonra öz etdikləri qanlı olayları guya Azərbaycanın
onlara qarşı törətdiyi ilə bağlı dünya ictimaiyyətini çaşdırmağa
çalışıb. Ancaq Türkiyə mediasının böyük dəstəyi ilə terrorçu
ermənilərin bu yalanları ifşa olunmaqdadır. Türkiyə mediasının Azərbaycanın
haqq işinə verdiyi dəstəyə görə minnətdarıq. Odur ki, dost və qardaş ölklərin
dəstəyi nəticəsində Azərbaycan qələbə çalacaq və haqq-ədalət bərqərar olacaq”.