12 sayl Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayevanın Binəqədi rayon Xocaəsən bəlidiyyəsidə Ağsaqqallar Şurasının bir qrup üzvü ilə görüş keçirilib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açib. Vətən müharibəsində qazandığı qələbə münasibətilə bütün Azərbaycan xalqını, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev cənablarını və Qalib Ordumuzu, onun qəhrəman əsgər və zabitlərini təbrik etmışdir. O diqqətə çatdırıb ki, rayon Ağsaqqallar Şurasıın tərkib hissəsi olan Xocahəsən, Sulutəpə və 28 may qəsəbəsinin ağsaqqaları da hər zaman olduğu kimi, rayonun və qəsəbənin ictimai-siyasi həyatında yaxından iştirak edərək gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində aparılan işlərə böyük töhfələr vermək üçün gənclərin vətənpərvərlik, mənəvi və əmək tərbiyəsi istiqamətində məqsədyönlü tədbirlər hazırlayıb həyata keçirirlər.
Vətən Müharibəsi müddətində rayon gəncləri Vətəni müdafiə etməyə hazır olduqlarını öz əməli işləri və göstərdikləri qəhrəmanlıq nümunələri ilə nümayiş etdirmişlər. Görüşdə çıxış edən Milli Məclisin deputati Səbinə Xasayeva Böyük Tarixi qələbə münasibətilə rayon Ağsaqqallar Şurasını,onun bütün üzvlərini təbrik etmiş,onların rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini yüksək qiymətləndirmişdir. Ağsaqqalların bundan sonra da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.
Sonra ağsaqqallardan Məcid Səmədov, Ağayar Məmmədov və İsmayıl Gülverdiyev çıxış edib onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və ölkə başçısına dərin təşəkkürlərini xüsusi ilə vurğulamışlar. Onlar bundan sonra da ölkəmizin qarşısında duran vəzifələrin vaxtında yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcəklərini bir daha bildirmışlər. Milli Məclisin deputatı Səbinə Xasayeva sonda ağsaqqaları maraqlandıran suallara cavab vermış və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Görüşdə Milli Məclisin deputay köməkçisi Bayram Məmmədov, Xocaəsən bələdiyyəsinin sədri Nigar Məmmədova, Xocaəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Əlikram Haqverdiyev və 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Məmmədov iştirak etmışlər.