ANALARIN SƏSİ

Cənab Ali Baş Komandan! 

Möhtərəm Prezident İlham Əliyev!


100 illiik tarixi olan, 10 minlərlə qadını özündə birləşdirən, dünyada analoqu olmayan "Azərbaycan Qadınları Respublika Cəmiyyəti”-nin xanımları adından Bizlərə bu Qələbə Bayramını yaşatdığınız üçün təşəkkürümüzü bildirirəm. Xalqa müraciətlərinizdə,ayrı-ayrı Dünya telekanallarına, jurnalistlərə verdiyiniz müsahibələrdə Qarabağ müharibəsini nəinki səngərlərdə, diplomatiya və informasiya sahələrində də Qələbəmizi dünyaya bəyan etdiniz.

Belə bir deyim var: "Yaşama haqqı mücadilə gücü qədərdir.” Bizim mücadiləmiz – ölənə qədər. Bəli, ölümü gözə alan, düşmənə qan udduran, döyüşlərə könüllü atılan 100-lərlə Vətən övladı - bu anaların tərbiyə edib, böyüdüb, torpağa, Vətənə sevgi aşılayan övladlarıdır. Təşkilatın əsas özəyini Ulu Öndərin kadrları və onların ətrafında sıx birləşən gənclər və könüllülərdir. Hər bir azərbaycanlı kimi bu Qələbə sevincini yaşayarkən Ümummilli Lider Heydət Əliyevin xalqa müraciəti yadımıza düşdü: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Həqiqətən Siz 30 ilə yaxın davam edən erməni işğalına son qoydunuz. Tarixi bir hadisə olaraq, son 200 ildə ilk dəfə Azərbaycan torpaqlarını özünə qaytardınız. Sərkərdə qətiyyətilə Vətən müharibəsini öz məntiqi sonluğuna çatdırıb, ərazi bütövlüyümüzü bərpa etdiniz.

Ulu Tanrı Sizi və Mehriban xanım Əliyevanı qorusun!

Bu Qələbədə analarımızın da əzmlə çalışdığını,döyüşlərin ən qızğın zamanlarında hərbi hissələrdə (Tovuz, Ağdam və c.) əsgərlərlə görüşlərini, şəhid və qazilərimizə göstərdikləri dəstəyi, 50-dən çox Beynəlxalq Təşkilat və Dünya İctimaiyyətinə göndərilən müraciətləri qeyd etmək istərdim.

Azərbaycan Respublikasının Prezidenyi yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ardıcıl keçirdiyi onlayn iclaslarında verilən rəsmi məlumat və tövsiyyələrə uyğun xaricdəki nümayəndələrimiz Azərbaycanda gedən həqiqi proseslər barədə dünya ictimaiyyətini məlumatlandırıblar.

Təşkilatımızın qarşısında hələ böyük işlər planlaşdırılıb:- Abadlaşdırılma işlərində, köçkünlərimizin doğma yurdlarına köçürülməsində, iqtisadiyyatın inkişafında maarifləndirici tədbirlər keçiriləcəkdir. Şəhid ailələrinə, Qazilərimizə diqqət artırılacaq, həkimlərimiz təmənnasız xidmət göstərəcəklər.

Müzəffər Ordumuz Zəfər çaldı. Qələbəmiz mübarək olsun!

Əzizimiz Cənab Prezident!

Siz dediyiniz kimi hər bir azərbaycanlı Vətəndaşın Prezidenti və sevimlisi oldunuz. Dövlət, Xalq və Ordu birliyini yaratdınız.

Siz bizim Milli Qəhrəmanımızsız. Qarabağ Azərbaycandır!


Hörmətlə,Təşkilatın sədri ,

Bahar Qasımova 

04.12.2020.