Ayaqyalın qaçan uşaqlar, tank üstündə qayıtdılar - 40 günə azad olunan ərazilər - TAM SİYAHI

Azərbaycan Ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötür. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açdı.

Sabahinfo.az-ın məlumatına görə, düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edir. Bu günə olan məlumata əsasən artıq 2618 kv. kilometr ərazi işğaldan azad olunub (ümumi 12088 kv. kilometrdən). Bu da işğal olunmuş ərazilərin 21,7%-i və ya ölkə ərazisinin 3%-ni edir.

Eyni zamanda rəsmi məlumata görə işğal olunmuş ərazilərdə olan 900 yaşayış məntəqəsindən 209-u azad olunub. Azad olunan yaşayış belədir:

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

Trend düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

27 sentyabr

  • Füzulirayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
  • Cəbrayılrayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
  • AğdərəvəMurovdağistiqamətlərində yüksəkliklər

3 oktyabr

  • Tərtərrayonunun Suqovuşan və Talış kəndləri
  • Cəbrayılrayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
  • Füzulirayonunun Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr

  • Cəbrayılşəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

  • Cəbrayılrayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

9 oktyabr

  • Xocavəndrayonunun Hadrut qəsəbəsi və Sur kəndi
  • Cəbrayılrayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
  • Füzulirayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
  • Tərtərrayonunun Çaylı kəndi

14 oktyabr

  • Füzulirayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
  • Xocavəndrayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

  • Xocavəndrayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
  • Füzulirayonunun Arış kəndi
  • Cəbrayılrayonunun Doşulu kəndi

16 oktyabr

  • Xocavəndrayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

17 oktyabr

  • Füzulirayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

18 oktyabr

  • Xudafərinkörpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

19 oktyabr

  • Cəbrayılrayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

20 oktyabr

  • Zəngilanrayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri vəZəngilanşəhəri
  • Füzulirayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
  • Cəbrayılrayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
  • Xocavəndrayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

21 oktyabr

  • Zəngilanrayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
  • Cəbrayılrayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
  • Füzulirayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr

  • Zəngilanrayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
  • Cəbrayılrayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
  • Füzulirayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

  • Xocavəndrayonunun Dolanlar və Bünyadlı kəndləri
  • Cəbrayılrayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
  • Zəngilanrayonunun Vənədli və Mirzəhəsənli kəndləri
  • Qubadlırayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

25-26 oktyabr

  • Zəngilanrayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
  • Cəbrayılrayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
  • Qubadlırayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri vəQubadlışəhəri.

28 oktyabr

  • Zəngilanrayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
  • Füzulirayonunun Mandılı kəndi
  • Cəbrayılrayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
  • Qubadlırayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

30 oktyabr

  • Cəbrayılrayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
  • Zəngilanrayonunun Aladin, Vejnəli kəndləri
  • Qubadlırayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

2 noyabr

  • Cəbrayılrayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
  • Zəngilanrayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
  • Qubadlırayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

4 noyabr

  • Cəbrayılrayonunun Mirək, Kavdar kəndləri
  • Zəngilanrayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
  • Qubadlırayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.