Azərbaycan Bayrağı Zəngilan şəhərində - VİDEO

Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb.

Sabahinfo.az-ın məlumatına görə, hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə məruzə ediblər.

Məruzədə deyilib:

"Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Sabahinfo.az görüntüləri təqdim edir: