Azərbaycanın Zəfəri ilə yekunlaşan 44 günlük haqlı savaşımız döyüş meydanında müzəffər ordumuzun əldə etdiyi uğurlara görə diplomatiya meydanında da uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən etdi, Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu dəyişməyi bacardı. Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin öhdəsindən layiqincə gəlməyi bacardı. Əgər Ali Baş Komandanımız hərbi əməliyyatları bir az da gec başlatsaydı Ermənistan dövlətimizə qarşı yeni təxribatlar törədəcəkdi.
Bu müharibədə Ermənistanın həm ardıcıl təxribatları həm də yeni
işğal planları suya düşdü və dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə
sarsıdıldı. Müzəffər ordumuz Ermənistan ordusunu məhv etməyi, işğal olan
torpaqlarımızdan silməyi bacardı. Bundan
sonra Ermənistan silahlı qüvvələrinə, Ermənistan dövlətinə özünü bərpa etmək
üçün illər lazım olacaqdır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın
Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın
kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan
münaqişənin ilk günlərindən dövlət başçımızın bəyan etdiyi şərtləri çarəsiz bir
şəkildə qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Azərbaycana
qarşı hər zaman iddia ilə danışan Paşinyan artıq Azərbaycanın şərtlərinə boyun əyərək
təslim olubdur. Ermənistanın
danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək
kimi bütün xəyalları hal-hazırda puç olmuş vəziyyətdədir. Azərbaycan Dağlıq
Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi,
8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü .8 noyabr tarixində
Şuşa şəhərinin işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi,
onun bütün manevr imkanları çökdü. Lakin Paşinyan öz məğlubiyyətini yenə də qəbul
etməyərək növbəti dəfə xalqını və dünya ictimaiyyətini aldatmağa çalışdı. 9
noyabr tarixində Paşinyan rəsmi twitter səhifəsində "Şuşa uğrunda döyüşlər
davam edir.” deyə yazaraq bu yalanla özünü hər zamankı kimi yenə biyabr etdi. Hər
kəsə məlumdur ki, bu dövlət hər zaman öz
siyasətini yalan üzərində qurubdur. Ermənistanın heç zaman öz mövqeyi, öz siyasəti
olmayıbdır. İşğalçı dövlət hər zaman dəstəkçi dövlətlərin əlində sadəcə alət
olubdur. Ermənilərözyalandövlətçilik
prinsipləriniyaymaqüçün illər boyu yalantəbliğatlar
aparıblar. Ermənilər illərdir bütün diaspora imkanlarını səfərbər edərək Azərbaycanı
zorakı bir dövlət kimi təqdim etməyə çalışırdı. Hətta Qərbdə də belə bir fikir
formalaşmaqda idi ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində
saxlamaqdadır. Bu gün isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində
ermənilərin məğlubiyyəti dünya ölkələrinin gözünü açdı sanki. Artıq bütün dünya
bilir ki, Ermənistan həqiqətən işğalçı, terrorçu imiş. Bu savaşda Ermənistan Azərbaycanın
mülki, sivil insanlarına, körpələrinə atəş açaraq öz terrorçu mahiyyətini
dünyaya bir daha nümayiş etdirdi. Artıq bizim Ermənistanı dünyaya işğalçı,
terrorçu kimi tanıtmağımıza gərək qalmadı. Çünki onlar terrorçu və düşünülməmiş
ağılsız siyasətləri ilə özlərini ifşa etdilər. Azərbaycan dövlətinin həyata
keçirdiyi siyasət isə hər zaman humanizm
prinsiplərinə söykənən siyasət olub. Torpaqlarımızın işğaldan azad olunmasından
sonra işğalçı, terrorçu ermənilərin yenidən bizim torpaqlarımızda yaşamasına
icazə verilməsi dövlətimizin, cənab Prezidentimizin humanizm siyasətinin bariz
təzahürüdür. Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın
mümkünlüyünü bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki,
dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və
hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq
Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləmişdi. Bu gün Xankəndindən
və digər ərazilərdən İrəvana qaçan erməni xalqı yenidən kor-peşman Xankəndinə
qayıdır. Çünki İrəvanda onlara sahib çıxan, onları yerləşdirən ağlı başında,
qeyrətli dövlət başçısı yoxdur. Ermənistan öz xalqının məsuliyyətini daşımır,
xalqına sahib çıxmır. Öz xalqını Azərbaycan Prezidentinə əmanət eliyir. Çünki
bilir ki, Azərbaycanın dövlət başçısı onun xalqına sahib çıxacaq qədər mərd insandır. Və bu
gün ermənilər illər əvvəl olduğu kimi yenə də Azərbaycana sığınırlar. Azərbaycanı
düşmən gözündə görsələr də bu gün onlara qucaq açan, onlara sığınacaq verən yenə
də bu dövlətdir. Azərbaycan xalqı böyük ürəyə, böyük vicdana sahibdir. Biz düşmənin
körpəsinə öz övladımız kimi sahib çıxan xalqıq.
Ermənipərəst Qərb ölkələri bu gün Azərbaycandan xahiş edirlər ki, bu soyuq
havalarda erməni xalqını Xankəndi və digər rayonlardan çıxarmayaq. Deyirlər bu
soyuqlarda onlar hara gedərlər, nə edərlər?! 1992-ci ilin 26 fevralında Xocalı
Soyqrımını törədən ermənilər bizim xalqımızı düşünmüşdülərmi? Qadınlara,
uşaqlara, körpələrə rəhm etmişdilərmi? Ermənilərin Xocalıda dinc əhaliyə qarşı
amansızcasına qətliam törətməsindən bütün dünya xəbərdardır.İndi isə
dünyanın bir çox Qərb ölkələri həmçinin də ermənilər bizdən rəhm umurlar. Əlbətdə
bizim dövlət başçımız onlara rəhm edəcək və onlara Azərbaycan torpaqlarında
yaşamaq hüququ verəcəkdir. Bu, bizim xalqımızın insani keyfiyyətlərinin yüksək
olduğunun, həmçinin də humanizm ideallarına sadiqliyinin göstəricisidir.
N.Paşinyan deyir ki, "Qarabağ xalqının haqqı uğrunda mübarizəni davam
etdiririkmi? Bəli. Hər şeydən əvvəl nə edilməlidir? Həmvətənlərimiz öz evlərinə
qayıtmalıdırlar. İndi orada Rusiya sülhməramlıları var və onlar təhlükəsizliyi
təmin edir.” Bu "adam” hələ də inanır ki, Qarabağ bunlarındır. Hələ də Azərbaycan
torpaqlarını öz torpaqları hesab edir. Paşinyan ya tarixi yaxşı bilmir ya da
onun psixologiyasında böyük problemlər var. Ermənistan bilməlidir ki. Azərbaycan
dövləti istəsə öz torpaqlarından erməniləri iti qovan kimi qovar. Lakin bu dövlətimizin
humanizm prinsiplərinə ziddir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri
Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın
10-da imzaladıqları bəyanata əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu
bu gün 15 noyabr tarixində Azərbaycana qaytardı. Bu, uğurlar dövlətimizin dünya
miqyasında sözünün kəsərinin göstəricisidir.
Üçtərəfli imzalananan bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu,
1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Ermənistanın işğalçı qüvvələrindən
azad olunacaqdır.
Bu gün Azərbaycan Şanlı Qələbəsi ilə dünyaya hansı gücə malik olduğunu sübut
etdi. Bütün dünya Azərbaycanın Zəfərindən, Ali Baş Komandanımızın uğurlu siyasətindən,
güclü ordumuzdan danışır. İndi bütün dünya bilsin ki, Azərbaycan istənilən
böyük Qələbəni qazanmağa qadirdir! Bütün dünya bildi ki, Qarabağ Azərbaycanındır!
Lamiyə İsazadə,
"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.