Azərbaycan Prezidenti: Bu gün tarixi bir gündür

"Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir”.

Sabahinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu gün tarixi bir gündür, mən şadam ki, mənim qardaşım Ərdoğan bu paradda çıxış edir. Bu, bizim birliyimizi və qardaşlığımızı göstərir. Biz ilk gündən Türkiyənin dəstəyini hiss edirdik".