Bakıda bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb. Faktla bağlı araşdırma aparılır.