Bakıda oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılıb.