2016-cı il. Aprel ayı. Qəribə bir erudisiya içində idim. Hadisələrin gedişatına sevinimmi,üzülümmü bilmirdim. 2 apreldi, torpaqlarımızın azadlığlığı uğrunda mübarizə gedən dövr idi. Bəli, bu sevindirici haldı, lakin hadisənin üzücü tərəfi igid oğullar itirməyimiz, şəhid verməyimiz idi.
Haradasa 7-ci sinifdə oxuyardım. Ora dərslik kitabında "bəndərgah” (düşmənin keçə bilməyəcəyi yer-istehkam içərisində istehkam) sözü qarşıma cıxdı.Uşaq ağlımla xəyallar canlandırırdım. Təsəvvür edirsiz, elə bir sey yaratmış oluruq ki,düşmən bizə keçə bilmir. İllərboyu bu qurğunu beynimdə canlandırmışdım. Mən bu arzu içində böyüdüm. Doğrudan da nə vaxtsa elə bir şey olacaqmı ki, düşmənə sədd olacaq o bizə bata bilməyəcək, igidlərimizi bizdən ala bilməyəcək, biz artıq şəhid verməyəcəyik. Bu xəyali qurğular 2019-cu il 19 okyabr ayına kimi yalnız bir cəbhəyə -düçmənə qarşı təşəkkül tapırdı. Bu yaxınlarda hadisələrin gedişatı hamı kimi məni də sarsıtdı. Yenidən "bəndərgah”ın beynimdə canlanmasına gətirib çıxardı. Bəs sual verəcəklsiz- dinc şəraitdə yaşayırıq, müharibə də yoxdu. Bəs indi bu fikrə düşmək niyə? Cünki ən üzücü haldır- öz qalamız içərisində özümüzü qorumaq üçün qala qurmaq.Bunu ölkəmizdə öz xalqımıza qarşı tətbiq edilən gücdən dolayı eləmək arzusu içimdə baş qaldırıb.
Gəlin sxem quraq . Bəndərgah – düşmənə qarşı qurulur. Düşmən düşmənçilik bəsləyən şəxsə deyilir. Öz xalqının düşməninə çevrilən kəs daha qeyi-adi bir məxluqdur. Bəs damarlarında türk qanı daşıyan insan öz xalqına qarşı ədavət bəsləyərmi. Bir türk qadınlara, qocalara qəddarcasına davranarmı. Türk ləyaqət meyarıdır. Kənardan baxdığım zaman mən bunu bizi qoruyan polis əməkdaşlarımızda görmədim. Nizami Gəncəvi konsepsiyasında belə türk sözünün mərdlik mücəssiməsi olduğu görülür. Sultan Səncər və qarı dialoqunda qarı sultan səncərə deyir ki, sən türk deyilsən . türk olsaydın agbirçək qadının birçəklərini yolmazdın. Doğrudan bizim polislərimiz həqiqətənmi türk qanı daşımırlar? Özlərini türk hesab etmirlərmi ki, qocalara, qadınlara qarşı arzuolunmayan hərəkətlər etdilər.
Gəlin bir mənəvi bəndərgah quraq hər birimiz içimizdə ora düşmənçilik daxil ola bilməsin. Sarsılmaz bəndərgahımız isə düşmənlərimizə qarşı qurulmalıdır. Qarabağımıza əl uzadanlara qarşı, dövlətçiliyimizə xain gözlərlə baxanlara qarşı, düşmən əqidəsi ilə xalqımıza yamaşanlara qarşı.